Köhnə televizoru olanların nəzərinə - Video

Köhnə televizoru olanların nəzərinə - Video
Sosial 1918

Xəbər verdiyimiz kimi, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq.

Xezerxeber Milli Televiziya və Radio Şurasının bu qərarından sonra ölkə kanallarına baxmağın necə mümkün olacağını araşdırıb.

Şuradan verilən məlumata görə, rəqəmsal yayımı qəbul etmək üçün hansı televizorlarda qəbuledici mexanizm yoxdursa vətəndaşlar həmin televizorlarla ölkədə yayımlanan kanalları izləyə bilməyəcəklər. Belə televizoru olanlar mütləq rəqəmsal yayımı göstərəcək dekoderlər almalıdırlar. Bu cihazların bazardakı qiyməti isə fərqlidir.

Ekspertlər bildirir ki, müasir televizorların əksəriyyəti rəqəmsal yayımı dəstəkləyir. Buna görə də rəqəmsal yayıma keçid vətəndaşlar üçün o qədər ciddi problem yaratmayacaq.

Milli Televiziya və Radio Şurasından bildiriblər ki, aztəminatlı ailələrə dekoderlərin güzəştli və ya pulsuz verilməsi məsələsi müzakirə mövzusu olsa da, hazırda belə bir addımın atılması gözlənilmir.

BAKU.WS 

Oxşar xəbərlər

“Space 104 FM” radiosu bağlandı

“Space 104 FM” radiosu bağlandı

Bu gün səhərdən etibarən "Space 104 FM” radiosunun yayımı dayandırılıb. Bu barədə "Ölkə.az” saytına Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi...

1614 Sosial 14:16 29 sentyabr 2016

Son xəbərlər