Azərbaycan məktəblərində yenilik – Sosial şəbəkə dərsləri keçiriləcək? - VIDEO

Azərbaycan məktəblərində yenilik – Sosial şəbəkə dərsləri keçiriləcək? - VIDEO
Sosial 942
Azərbaycan məktəblərində yenilik – Sosial şəbəkə dərsləri keçiriləcək? - VİDEO – FOTOARB TV-nin “Günə doğru” verilişində məktəblərdə sosial şəbəkə dərslərinin keçirilməsi haqda sujet efirə gedib.Şərq qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı məktəblərdə sosial şəbəkə dərslərinin keçirilməsini təklif edib edib.Akif Aşırlı, qəzet redaktoru: “Sosial şəbəkələrdən istifadə qaydaları, insanların davranışını orta məktəbdən formalaşdırmaq lazımdır”.Məktəblərdə sosial şəbəkələr haqqında dərslər keçirilsin. Səs-küyə səbəb olan təklifdir. Akif müəllim belə hesab edir, amma millət vəkili Fazil Mustafa belə hesab etmir.Fazil Mustafa, millət vəkili: “Əslində gözəl təklifdir, amma səmərəsi olmayan addımdır. Sosial şəbəkə daha çox insanların müəyyən hazırlıq səviyyəsi olduqdan sonra daxil ola biləcəkləri bir platformadır”.Yəni ki, sosial şəbəkələr dərsi məsələsini məktəbə qədər aparıb çıxarmaq mənasızdır. Bunu insanlar özləri tənzimləməlidir. Kiminsə fikrini bəyənməmək imkanına malikdirlər. Elə təhsil üzrə ekspert də bunu bəyənmir.Elvin Bədirov, təhsil eksperti: “10 ilə yaxındır ki, Azərbaycanda tədris kurikulum sistemi ilə əsaslanır. Onun da başlıca məqsədi şəxsiyyət hazırlamaqdır”.Razılaşmamaq olmur. Şəxsiyyət yetişdirmək təhsil sisteminin vəzifəsidir. Vəzifə yerinə yetiriləndə sosial şəbəkə dərslərinə ehtiyac qalmır. Çünki şəxsiyyət hər yerdə öz davranışlarına, hərəkətlərinə diqqət edə bilər. Amma Akif Aşırlı diqqəti digər tərəfə yönləndirir, bu kənar təsirlərdir.Akif Aşırlı, qəzet redaktoru: “Sosial şəbəkələr üzərindən siyasət yürüdürlər. Bunların hamısına isə eyni dərəcədə məsuliyyət hissini aşılamaq çətindir”.Bir məsələ var ki, intellekti yüksək olan, dünyaya baxışı normal sayılan şagirdə, tələbəyə heç bir güc təsir göstərə bilməz. Təhsildə diqqətdə saxlanılası vacib istiqamət var.Elvin Bədirov, təhsil eksperti: “Düşünürəm ki, başlıca məqsədi təhsildə, məktəbdə keyfiyyət göstəricilərinə, şagirdilərə yaxşı dərslərin təmin edilməsinə yönəltsək, savadlı gənclər yetişdirsək, cəmiyyətimizin də bütün problemləri kökündən həll olar”.Deməli təhsildə nə çatışmazlıq varsa onu düzəltməliyik. Çünki təhsilli adam düz insandır, getdiyi yol da düz olacaq. Deməli, problemi başqa tərəfdə axtarmaq lazımdır.Maarifləndirici iş görmək olar ki, sosial şəbəkələrdə, nə yaxşıdır, nə pisdir?! Onsuz da yüksək təhsil sistemində yetişən şagird və tələbə artıq nümunəvi vətəndaşdır, davranışları, həyata baxışı və iş fəaliyyəti ilə.BAKU.WS

Oxşar xəbərlər

Facebook-dan daha bir YENILIK

Facebook-dan daha bir YENILIK

“Facebook” sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.“Facebook” məlumatların doğruluğunun yoxlanılması məqsədilə x...

1022 Şou-biznes 09:32 17 avqust 2017

Son xəbərlər