Facebook-dan daha bir YENILIK
17
avq
2017
09:32
“Facebook” sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.“Facebook” məlumatların doğruluğunun yoxlanılması məqsədilə xəbərləri xüsusi faktyoxlama şirkətlərinə göndərəcək.Bundan sonra yoxlamanın nəticələri orijinal paylaşımın altında nümayiş etdiriləcək.Qeyd olunur ki, bununla əlaqədar sosial şəbəkə ABŞ, Almaniya və Fransa şirkətlərinə müraciət edib.Bu funksiya əvvəlcə adıçəkilən ölkələrdə və Niderlandda sınaqdan keçiriləcək.Bir neçə gün öncə “Facebook” sosial şəbəkəsində yayılan vurisla bağlı Trend-ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də eyni mövzu istiqamətində maraqlı fikirlər səsləndirib.O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər: “Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayılsın. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız, saxta informasiyaları dövriyyəyə salmaq məqsədilə də yayıla bilər”.O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar.TrendBAKU.WS
Oxşar xəbərlər
Facebook-da yayılan təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Son bir neçə gündə "Facebook” sosial şəbəkəsində yayılan virusla bağlı hər bir istifadəçi diqqətli olmalıdır, çünki bu viruslar onların şəxsi məlumatlarının, şi...