Sosial şəbəkə istifadəçilərinə pis xəbər (VİDEO)
Artıq kiber cinayətkarlar sosial şəbəkələrdəki şəxsi hesabları hədəfə alıblar. Yəni onu oğurlayıb istifadə edirlər. Belə bir hadisə sosial şəbəklərdəki fəaliyyətini gəlir yerinə çevirən bir şəxsin başına gəlib. Bu isə nəinki sosial şəbəkəni işi yerinə çevirən elə adi istifadəçilər üçün də bir həyacan siqnalıdır. Çünki heç kim bu hücumlardan sığortalanmayıb.
Öz işini instaqram üzərindən qurdu lakin kiber hucumla işi alt üst oldu. Bakı sakinin sərxan qulamovun başına belə bir hadisə gəlib. onun istifadə etdiyi instaqram səhifəsi oğurlanıb.Öz işini tanıtdırmaq və bu sahədə naliyyətlərini daha da artırmaq üçün özünə instaqramda səhifə açıb və müəyyən izləyici kütləsi yığıb. Amma kiber hücum nəticəsində səhifəsinə nə daxil ola bilir nədə ondan istifadə edə bilir.
Bununla profil sahibinin işgüzar nüfuzunun zədələnməsi, istifadəçi məlumatlarının yayılması, şəxsin adından gizli görüşmələrin həyata keçirilməsi və bu kimi neqativ addımların atılması mümkündür.
Profil hesablarının izləyici kütləsi artdıqca həmin hesabların kiberhücumlara məruz qalma təhlükəsi də böyüyür. yəni kiber cinayətkarların əsas hədəf kütləsi aktiv istifadəçilər habe sosial şəbəkələri gəlir yerinə çevirmiş insanlardır. ekspertlər idə hesba edir ki burada şəxsəi qərəz məsələri də az rol oynamır. ona görə də sosial şəbəkə istifadəçiləri ilk növbədə elemntar təhlükəsizlik qaydalarına riayət etməlidir.
Əslində bununla bağlı hüquqi məsuliyyət də mövcuddur. Artıq bu cür hallarla üzləşmiş insanlar öz hüquqlarını bərpa etmək üçün məyyən addımlar ata bilər.
Sosial şəbəkə istifadəçiləri bu cür hallarla qarşılaşdıqları zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "elektron təhlükəsizlik mərkəzi"-nə. CERT.AZ rəsmi saytına, 1654 qaynar xəttinə də müraciət edə bilərlər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə
Azərbaycanda ən böyük sosial şəbəkə adı feysbukdan "Instagram"a keçib. Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədi...