Sosial şəbəkədə dostu pul istədi və... - VİDEO

Sosial şəbəkədə dostu pul istədi və... - VİDEO
Video
Video 1262

 

Dostunun saxta profilindən yazaraq pul lazım olduğunu dedilər. O isə inanaraq bank kartını kodunu həmin şəxsə göndərib. Ancaq sonra başa düşüb ki, onu aldadıb 270 manat pulunu alıblar. Bu halla siz də qarşılaşmamaq üçün bu xəbəri mütləq izləyin.

Sosial şəbəkədə dostu ondan pul istəyib. Ancaq bank kartının şifrəsini verdikdən sonra bunun dostu yox dostunun saxta profilini yaradan başqa biri olduğunu anlayıb. Maraqlı hadisə Qobustan sakininin başına gəlib.

Məhz profilin dostuna aid olduğuna əmin olduğundan fərdi məlumatlarını sosial şəbəkədə həmin şəxsə göndərib.

Nəriman Qəhramanov deyir ki, bununla bağlı polisə də müraciət edib.

Ekspertlər isə bildirir ki, hətta sosial şəbəkədə sizə yazanın dostunuz olduğunuza əmin olsanız belə bank məlumatlarınızı verməyin. Çünki həmin məlumatların oğurlanma riski yüksəkdir. Bundan əlavə mütəxəssislərin saxta profil sahiblərini necə tanımaqla bağlı tövsiyyələri də var.

Bundan başqa əgər sizə yaxınınızın profilinə bənzər profildən yazılarsa dərhal həmin profili gözdən keçirmək məsləhətdir. Çünki, ortaq dostlar və paylaşımlara baxdıqda həmin profilin orijinal olub olmadığını müəyyən etmək o qədər də çətin olmayacaq.

Bundan başqa ekspertlər məsləhət görür ki, saxta profil sahibini ID nömrəsindən də tanımaq mümkündür. Bunda görə də sizə yazan şəxsin saxta profildən yazdığından şübhələnən kimi dərhal onun İD nömrəsini orijinal profillə müqayisə etməkdə fayda var.

BAKU.WS xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Oxşar xəbərlər

Son xəbərlər