Nəticəsi pozitiv çıxan, amma qeydiyyata düşə bilməyənlərlə bağlı RƏSMİ AÇIQLAMA

Nəticəsi pozitiv çıxan, amma qeydiyyata düşə bilməyənlərlə bağlı RƏSMİ AÇIQLAMA
Sosial 270

Bildiyiniz kimi, COVID-19 virusunun təyinatı ölkədə PZR yaxma üsulu ilə qəbul edilir. Bəzən vətəndaşlar müxtəlif klinikalarda yaxma verirlər və nəticələri pozitiv olduğu halda sistemə xəstə olaraq daxil edilə bilmirlər.

Bu zaman vətəndaş nə etməlidir?

BAKU.WS "report"a istinadən xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy açıqlama verib. O bildirib ki, COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir.

“Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlər xüsusi bufer məhlulda həll olunur.

Bu üsulda kart testlərdən istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 10 dəqiqəyə cavab əldə edilir. Hər bir üsulun həssaslıq, spesiflik göstəriciləri vardır. Koronavirusunun aşkar edilməsi üçün ən dəqiq dəstək müayinəsi, 90-92% dəqiqlik dərəcəsi ilə PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dunyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir. Çünki bu molekulyar təsdiqləyici üsuldur”, - deyə Yavər Hacısoy bildirib.

Son xəbərlər