Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

03
sen
2019
19:59
2019-2020-ci tədris ilinin ilk dərs günü sentyabrın 16-da olacaq.BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Bilik Günü - 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün tədris ilinin ilk günü 16 sentyabr hesab ediləcək.Bununla əlaqədar orta məktəblərdə dərslərin keçirilməsinə sentyabrın 16-dan başlanacaq.Qeyd edək ki, Azərbaycanda tədris ili adətən 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır.2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 uşağın gedəcəyi gözlənilir.Onlardan 77542-si qız, 86692 nəfəri isə oğlandır.
Oxşar xəbərlər
Təhsil naziri yeni əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.BAKU.WS xəbər verir...
