Nazirlik: Bakıda havada zərərli maddələr normadan dəfələrlə çoxdur
11
may
2018
13:30
“Bakının dörd nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov deyib. O bildirib ki, bu istiqamətdə araşdırmalar aparılır və nəticələr haqqında məlumat veriləcək:“Eyni zamanda bildirmək istəyirəm ki, ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik. Müəyyən etdik ki, qoxu şəhərin müvafiq nöqtələrində 4 yerdə daha kəskin yayılıb. Bu bilavasitə neft emalı zavodu və onun əhatə dairəsinə aid olan yerlərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımı tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır. Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq. Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda havada müşahidə edilən kəskin qoxunun səbəbləri məlum olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağ...