Nazirlər Kabineti rəsmisi COVID-19-a yoluxanların vəziyyətindən danışdı
“Koronavirus aşkarlanan xəstələrin vəziyyətləri yaxşılaşmağa doğru gedir”
BAKU.WS "Oxu.Az"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Kxidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, 1938-ci il təvəllüdlü xəstənin vəziyyəti ağır stabil olaraq qalır:
“Müalicəsi üçün tədbirlər davam etdirilir”.
Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu gün dörd nəfərdə koronavirus xəstəliyi aşkar edilib:
“Hazırda Azərbaycanda koronavirus pandemiyasına (COVID-19) yoluxanların sayı 19 nəfərdir”.
Oxşar xəbərlər
İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - 5 manat - SİYAHI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə edilən dəyişiklikləri şə...