Nazir müavini: “Koronavirus artıq ölkə daxilində də yayılır”
“Artıq ölkə daxilində də koronavirus infeksiyası yayılır, ona görə də ciddi tədbirlərin görülməsi tələb olunur”.
APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
V. Qasımov deyib ki, iri miqyası epidemiyanın qarşısının alınmasına heç bir ölkənin səhiyyəsi hazır deyil: “Bu xəstəliyi 80 faiz yüngül keçirsə də, 20 faiz üçün xüsusi müalicə lazım olur, 5 faizi isə süni nəfəs aparatına ehtiyac duyur. Xəstəliklə müalicədə ilk növbədə şəxsi gigiyenaya riayət edilməlidir”.
Nazir müavini nəzərə çatdırıb ki, 65 yaşından yuxarı səhiyyə işçiləri də fəaliyyətlərini davam etdirəcəklər”.
Oxşar xəbərlər
Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Çinin Azərbaycandakı səfiri Guo Min yeni növ koronavirus pnevmaniyası ilə bağlı Azərbaycanın əsas media nümayəndələrinə birgə yazılı müsahibə verib. BAKU.WS müs...