Nazir: Azərbaycanda külli miqdarda saxta diplom verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda külli miqdarda saxta diplom verilib.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.
Nazir bildirib ki, bu gün o diplomların hansı yolla verildiyini müəyyən etmək üçün məlumat bazası yoxdur.
“Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim məqsədimiz ali məktəbləri yoxlamaq deyil”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Nazir: Elə müəllimlər var ki, təlimdən sonra da nəticəsi qalxmır
“150 mindən artıq pedaqoji fəaliyyətlə məşğul olan insandan 125 mini sadəcə, müəllimdir və heç bir vəzifə tutmur”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu...