Naxçıvan şəhərinin Baş planının hazırlanması Britaniya şirkətinə həvalə olunub

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri olan Naxçıvan şəhərinin Baş planının hazırlanması Böyük Britaniyanın "Chapman Taylor" şirkətinə həvalə olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şirkətin direktoru Marselina Zieliniska yeni Baş planla bağlı bir sıra vacib məqamları açıqlayıb.
Bir neçə dəfə Naxçıvanda olan Marselina Zieliniska şəhəri təmiz və sakit bir məkan kimi dəyərləndirib. O, Zəngəzur dəhlizinin açılması perspektivini nəzərə alaraq, gələcəkdə Naxçıvanın daha çox insanı qəbul edəcək potensiala sahib olduğunu bildirib.
"Biz düşünürük ki, Naxçıvan, bəlkə də, öz hazırkı əhalisinin iki qatına qədər insanı qəbul edə biləcək potensiala malikdir. Reallığa əsaslanaraq yanaşsaq, şəhərin böyüməsi və genişlənməsi zəruridir. Bu səbəbdən də əsas məqsədimiz ilk növbədə şəhərin infrastruktur imkanlarını və ümumi potensialını genişləndirməkdir. Paralel olaraq, şəhərin əhatə dairəsinin və inzibati sərhədlərinin də genişləndirilməsi gündəmdədir," – Marselina Zieliniska vurğulayıb.
Oxşar xəbərlər
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi barədə RƏSMİ AÇIQLAMA
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub. BAKU.WS xəbər verir k...
