Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin Baş planları hazırlanır

"2023-cü ildə müəyyən etdik ki, Naxçıvan Muxtar Respublikasında heç bir şəhərin Baş planı yeni deyil, hətta Naxçıvan şəhərinin ən yeni Baş planı 1983-cü ildə tərtib olunub. Bu, dövrün tələblərinə uyğun deyildi".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad şəhərində "Cümə" məscidinin bərpadan sonra açılışında jurnalistlərə müsahibəsində deyib.
F. Nəcəfli bildirib ki, Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, bu işlərə start verilib: "Dövlət Proqramı təsdiq olunarkən Naxçıvan Muxtar Respublikasında əsas şəhərlərin Baş planının işlənməsi ilə bağlı məsələyə baxdıq. Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin Baş planlarının işlənməsi ilə bağlı artıq işlər aparılır. Demək olar ki, Naxçıvan şəhəri ilə bağlı proses yekunlaşmaq üzrədir".
O bildirib ki, Ordubad "Cümə" məscidinin bərpası 2023-2027-ci illər Dövlət Proqramının hədəf memarlıq abidələrindən biri sayılıb.
Onun sözlərinə görə, Ordubad və Şahbuz şəhərində İsveçrənin "SA Partner" şirkəti tərəfindən işlər aparılır: "Proses tam sürətlə gedir. Burada memarlıq abidələri, yaşayış massivləri, həm də iş yerləri ilə bağlı planlaşdırma aparılır. Planlaşdırma Avropa standarları səviyyəsindədir, yəni sənədləşdirmə DVD sənədləri və sair formatında aparılır, rəqəmsallaşdırılır".
Qeyd olunub ki, Ordubadın əsas abidələri, o cümlədən "Cümə" məscidinin bərpası əsas hədəflərdən biri olub:
"Çox təəssüf ki, burada aparılan nöqsanlı idarəetmə nəticəsində bizim tarixi, milli mədəni irsimizə aid olan izlər silinib. Biz çalışdıq ki, mümkün qədər bu izləri saxlamaqla abidənin təmir olunmasını yekunlaşdıraq. Buna nail ola bildik. Sevinirəm ki, bu gün uzun prosesdən sonra məscidin açılışını edirik. Hesab edirəm ki, bu, Ramazan ayında ordubadlıları sevindirəcək".
Bildirilib ki, Ordubad şəhərində digər memarlıq abidələri ilə də bağlı bərpa işləri həyata keçiriləcək.
Oxşar xəbərlər
İftar vaxtı – 19 mart 2025: Ramazanın 19-cu günü
Ramazanın on doqquzuncu günü – 19 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları: ✅ İmsak vaxtı (orucun başlanğıcı): 05:20✅ İftar vaxtı (orucun bitməsi): 19:...
