Naxçıvanda dərslər martın 27-dək təxirə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: "2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldı.
Bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcəkdir.
Təhsil müəssisələrində tədris martın 27-dən yenidən bərpa olunacaq".
Oxşar xəbərlər
Təhsil Nazirliyi: 3 min 100 təhsil müəssisəsi dezinfeksiya olunub - FOTO
Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-p...