Naxçıvanda dərslərin dayandırılması ilə bağlı QƏRAR VERİLDİ

Naxçıvanda dərslərin dayandırılması ilə bağlı QƏRAR VERİLDİ
Sosial 520

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

BAKU.WS NUHÇIXAN-a istinadla xəbər verir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-da yenidən bərpa olunacaq. Bu qərar uşaq bağçalarına da aiddir.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.

NUHÇIXAN-ın əldə etdiyi digər bir məlumata görə, muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikinə uyğun olaraq dayandırılmayacaq. Tədrislə yanaşı, müvafiq profilaktika və dezinfeksiya işləri də davam etdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər