Naxçıvanda baş həkim işdən çıxarıldı - YENİ TƏYİNAT

22
may
2023
15:33
Naxçıvan şəhər Poliklinikasının Baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov müvafiq əmri imzalayıb.
Onun digər əmri ilə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.
Oxşar xəbərlər
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad olunub, nazir əvəzi təyin edilib
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Niyazi Hüseynqulu oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının s...
