Müəllimlərin əməkhaqları arta bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Orta məktəblərdə ciddi dəyişiklik gözlənilir.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bu təhsil müəssisələri publik hüquqi şəxsə çevrilir.
Prosesin təsirlərindən danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, dəyişiklik müəllimlərin əməkhaqlarının artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, publik hüquqi şəxs həm cəmiyyət üçün mühüm xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilir.
Onu da bildirək ki, hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə yol açacaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR
Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, 25 noyabr saat 14:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri...