Müavinət və təqaüdlər nə qədər artırılacaq?
Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu haqda millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında deyib.
O bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı təmin edilib. Yaxın aylarda isə müavinət və təqaüdlər də artırılacaq.
Millət vəkili bildirib ki, müavinət və təqaüdlərin nə qədər artırılacağı isə Nazirlər Kabinetinin təkliflərindən sonra məlum olacaq.
Qeyd edək ki, artım zamanı adətən orta illik inflyasiya göstəriciləri və ehtiyac meyarı nəzərə alınır.
Oxşar xəbərlər
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. B...