MTK sakinləri dörd ildir necə aldadır? - Ortada nə pul var, nə də ev
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonu Qarabağ küçəsi, 33 ünvanında yaşayan sakinlər tikinti şirkətinin illərdir onların evlərini təhvil vermədiyindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, onlara evləri sökülərkən yeni mənzillə təmin olunacaqları deyilsə də, həmin vaxtdan dörd ilə yaxın müddət keçib, lakin mənzil-tikinti kooperativi (MTK) vədinə əməl etmir.
"İl yarıma binamızın tikiləcəyini dedilər. Dörd ilə yaxındır, çöldəyik. Nə kirayə pulumuzu verirlər, nə də evlə təmin edirlər. Şirkətə gedəndə də qapısı bağlı olur, qaçıb gizlənirlər", - deyə şikayətçilər narazılıqlarını bildiriblər.
Baku TV-nin çəkiliş qrupu məsələni dəqiqləşdirmək üçün MTK-nın ofisinə yollansa da, şirkət nümayəndələri sualları cavablamaq istəməyiblər.
Daha sonrakı çəkiliş zamanı isə artıq satış ofisinin adının yazıldığı lövhə çıxarılaraq, məsələyə aydınlıq gətirməkdən yenidən imtina edilib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...