Mərsiyə deyən qadın mollalara maaş veriləcək

Mərsiyə deyən qadın mollalara maaş veriləcək
Sosial 1069
Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar.BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını bildirib."Burada qadınların din xadimi təyin olunmasından söhbət getmir, çünki İslam dininə imam qadın təyinatı mümkün olan şey deyil. Amma İslam dünyasında ilk dəfə Azərbaycanda bir nümunə tətbiq edilib. Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Bizdən sonra Türkiyə Dəyanət İşləri Başkanlığında da müavinlərdən biri qadın oldu. Məscidlərdə fəaliyyət göstərən dini icma sədri olan xanımlarımız da var. Həmin xanımların arasında bu ildən etibarən maddi dəstək alacaq şəxslər olacaq. Bu istiqamətdə işlər gedir".BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Deputat mollalara maşın verilməsindən danışdı – “Bu proses yeni başlayıb"

Deputat mollalara maşın verilməsindən danışdı – “Bu proses yeni başlayıb"

"Azərbaycanda dini icmalara avtomobillərin verilməsi müəyyən çaşqınlıq yaradıb. Bu baxımdan qeyd edirəm ki, burada söhbət fərdlərdən yox, icmalardan gedir. İcma...

1146 Sosial 11:55 15 oktyabr 2018

Son xəbərlər