Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı

Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı
Şou-biznes 981
“Ölkə üzrə Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi 1000-dən artıq din xadimi maaş alacaq”.BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman ismayılov deyib.Onun sözlərinə görə, din xadimlərinin maaşlarında fərq olacaq: “Bölgü imam, naibi-imam və mütəvəllilər (vəqfi idarə edən şəxs) arasında aparılacaq. Həmin din xadimlərinin işləri dəyərləndikdən sonra onlara müavinət veriləcək”.Təkliflərin sənəd şəklində hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunduğunu deyən M.İsmayılov qeyd edib ki, din xadimlərinin maaşları kart vasitəsi ilə veriləcək: “Sənədlər iki həftəyə yaxındır ki, nazirliyə göndərilib. Güman edirəm ki, yaxın günlərdə yekun qərar məlum olacaq”.Fondun icraçı direktoru vurğulayıb ki, maaş alan din xadimlərinin işlərinə nəzarət ediləcək: “Təbii ki, işə gəlməyən din xadimlərinin maaşı kəsiləcək. Məqsəd məscidlərin nəzarətsiz qalmamasıdır”.Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin keçən ilin oktyabr ayının 10-da imzaladığı fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.BAKU.WS

Oxşar xəbərlər

Din xadimlərinə veriləcək əməkhaqqının məbləği AÇIQLANDI - VİDEO

Din xadimlərinə veriləcək əməkhaqqının məbləği AÇIQLANDI - VİDEO

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunan bütün din xadimlərinə əməkhaqqı veriləcək. BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, ilkin məbləğ kimi 300...

4299 Sosial 21:55 26 dekabr 2017

Son xəbərlər