Türkiyə rus pilotun nəşini Rusiyaya verir

Türkiyə rus pilotun nəşini Rusiyaya verir
Hadisə 918

Noyabrın 24-də Suriyanın Bayırbucaq bölgəsindən Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiyaya məxsus "Su-24” tipli döyüş təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirilib.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat verən baş nazir Əhməd Davudoğlu deyib ki, pilotun nəşinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dini ənənələrə uyğun olaraq həyata keçirilib.

Cənazə Rusiya dövlətinin tələbinə uyğun qaydada qarşı tərəfə təhvil veriləcək.

BAKU.WS

Son xəbərlər