Şeyxdən "saxta molla" etirafı

15
may
2018
17:26
“Azərbaycanda saxta molla problemi var”.BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.O qeyd edib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu həm ciddi problem, həm də şəriətin əleyhinədir: “Faktiki olaraq bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”.BAKU.WS
Oxşar xəbərlər
Allahşükür Paşazadə: "Qüds müsəlmanların - Fələstinin paytaxtıdır"
Qüds Fələstinin paytaxtıdır və ora hər hansı dövlətin müdaxiləsi böyük qarşıdurma yarada bilər.BAKU.WS xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri...
