Mover-dən bağlamalar haqda açıqlamalar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər çatdırılma şirkətlərinin fəaliyyətində müvəqəti çətinliklər yaranıb. Nəticədə müştərilərin bağlamaları təyin olunan vaxtdan daha gec müddətə çatdırılır.
Yaranmış vəziyyətə noyabr ayının sonunda böyük “Black Friday” endirimləri, TL-nin dəyərdən düşməsi ilə bağlı sifarişlərin həddən artıq çoxluğu və İstanbulda baş verən fırtınalar ilə əlaqədar avia-reyslərin vaxtında dəyişikliklərin edilməsi səbəb olub. Üstəlik, həm də pandemiya dövründə daha kiçik təyyarələrdən istifadə olunması yük tutumuna da təsir edib. Bütün bu amillər xarici anbarlarda yüklənmələrə və bağlamaların emalında yubanmalara gətirib çıxarıb.
Ölkəyə ən çox bağlama gətirən “Mover” şirkəti vəziyyəti olduğu kimi müştərilərinə bildirmək istəyir və onları bağlamaları ilə bağlı narahat olmamağa çağırır. Hazırda şirkət gücləndirilmiş iş rejimində çalışır və mövcud vəziyyətin artıq həll olunduğunu açıqlayır. Bu müddət ərzində müştərilər haqlı olaraq öz narahatlıqlarını çağrı mərkəzinə bildirirdilər. Ancaq müraciətlərin həddən artıq çoxluğu səbəbindən növbədə çox gözləməli olublar, hətta xəttə düşməmə halları yaşanıb.
Müraciətlərin eyni problemlər üzərindən olduğunu nəzərə alaraq “Mover” şirkəti müştəriləri üçün hətta açıqlama video-çarxı da hazırlayıb. Şirkət hər gün reyslərin olduğunu və artıq bağlamaların böyük hissəsinin yolda olduğunu bildirmək istəyir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...