Bakı mağazalarında “Qara cümə” fırıldağı: əhalini aldadırlar (VİDEO)
Bizdə kiminləsə bəhsə girmək "adət” halını alıb. Qonşudan qalma geri prinsipi əsas tutularaq, noyabırın 25, 26, 27-i "Gənclik Mall”-dakı bütün mağazalar "Black Friday”, yəni "Qara Cümə” keçirərək, xüsusi endirimlər tətbiq etdi. Əgər bun atətbiq etmək demək olarsa... Ticarət mərkəzi hətta iş vaxtını da saat 22:00-dan 00:00-dək uzatdı.
Həmçinin paytaxtda yerləşən digər "mall”ar da iş saatını uzatdılar. Lakin endirimlər, başqa ticarət mərkəzlərinin brend mağazalarında müəyyən hissəsinə tətbiq olundu.
Öncə "Qara cümə” - "Black Friday” haqqında oxucularımıza məlumat verək.
"Black Friday” - "Qara Cümə” nə deməkdir?
ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı, yəni Milad bayramı, yaxud "Şükran Günü”ü (Thanksgiving Day) kimi qeyd olunur. Bu gündən bir gün sonra, yəni cümə günü "Black Friday” yəni "Qara Cümə” adlandırılır.
Həmin gün mağazalar ən azı 50% olmaqla 80%-dək, bəzən isə 90 % -dək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara belə demək mümkünsə, hücum çəkirlər.
Bəs nə üçün həmin gün "Qara Cümə” adlandırılır?
Bu günə "Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Bunun səbəbini isə həmin gün Filadelfiyada alış-veriş üçün nəqliyyatda yaranan "tıxac”lar və digər çətinliklər göstərilmişdi. 1975-ci ildə "Black Friday” üçün başqa mənalar da işlədilməyə başlandı. Çünki "Black Friday”, adındakı "Qara” ifadəsinə baxmayaraq, bir çox adam tərəfindən qara deyil "Pink” (çəhrayı) hesab edilirdi.
Çünki bu dövrdə bir çox mağaza, ilin ən yaxşı gününü yaşayır və gəlirlərini olduqca yüksəldirlər. O günə qədər il ərzində zərər edən firmalar həmin gündə ili böyük qazancla başa vurular. Yəni, əslində, bu olduqca uğurlu biznes manevridir. Bununla külli miqdarda vəasit qazanırlar.
"Black” sözü İngiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, "Black" balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə kimi də istifadə edilən bir təbirdir. Bu səbəbdən də "Black Friday" şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.
Bundan başqa, ABŞ-ın şirkətləri zərərlərini mühasibat hesablarına qırmızı qələmlə yazırlar, qazanc əldə etdikləri nöqtədə qara qələm istifadə edirlər. "Qara Cümə”, şirkətlərin o gün üçün yalnız qara qələm istifadə etməsinə səbəb olduğundan "Black Friday” belə bir məna da verir.
Bu dövrdə edilən alverə bariz bir nümunə kimi "Wal-Mart” göstərilə bilər. Dünyanın ən böyük pərakəndə mağazalar şəbəkəsi həmin gün milyardlarla dollar gəlir əldə edir.
Bir çoxları alış-veriş etmək üçün məhz bu günü gözləyir. Bəzi məlumatlara görə Qara Cümə gününün belə adlandırılmasının səbəbi mağazaların saat 04:00 və 05:00 arasında açılması ilə əlaqədardır. Deyilənə görə mağazaların səhərin erkən saatlarında açılması bu günün belə adlandırılmasına səbəb olub. Digər bir inanca görə həmin gündə mağazalar tamamilə boşaldılır. Hətta burda yaşanan izdihamlara görə minlərlə insan xəsarət alır və ya həyatını itirir. Bu gündə bütün əşyalara xüsusi endirimlər olsa da bir çox insan əsasən texnoloji avadanlıqlar almaq üçün Black Friday tarixinə üstünlük verir.
Gələk, Azərbaycana. Görəsən, bizdə vəziyyət necədir? Hər zaman Avropa modelini əldə əsas tutub, bəhsə girdiyimiz halda, bu günlər həm alıcıları razı salmaq, həm də qazanc əldə etmək baxımından uğurla alınıbmı?
Bakıda "Qara Cümə"...
BAKU.WS əməkdaşı ilk dəfə paytaxtda belə kütləvi hal alan "Qara Cümə” gününün endirimləri ilə maraqlanıb. "Gənclik Mall”da ilk baxışdan xüsusi canlanmanın olduğu nəzərə çarpıb. Bütün mağzalarda isə endirimlər olub.
Mərkəzdə olduğumuz müddətdə alıcı sıxlığı geyim dükanlarında daha çox özünü büruzə verirdi. Mağazalarda müştərilərin rahatlığı üçün öncədən hazırlaşdıqları diqqət çəkirdi. Belə ki, endirim tətbiq olunan malları satıcıdan xəbər almadan asanlıqla təyin etmək olurdu. Mağazalar qırmızı və qara tablolara bölünüb. Qırmızı tabloda olan bütün mallara endirim tətbiq olunub. Digər qiymət tablosu olan mallar isə əvvəlki qiymətində qalıb.
Məsələnin biabırçı tərəfi odur ki, insanlara endirim deyildiyi halda, alıcılar, daha çox fırıldaqla üzləşməli oldular. Əksər mağazalar normalda satdıqları hər hansı bir geyimi öncəki qiymətindən baha qiymətə satırdılar. Yəni belə deyək, tutalım, siz endirimlərdən öncə 200 manata bəyəndiyiniz gödəkcəni, "Qara Cümə” günü 300 manata alırsınız… Halbuki gödəkcənin üzərinə 40 faiz endirim yazılıb. Belə nümunələr çoxdur. Əfsuslar olsun ki, bizdə hələ də alış-veriş qaydaları, sistemi hələ də fomalaşmayıb.
Mağazalarda 30 faiz endirimləri yazılan tablolar, yalandan müştəri diqqəti çəkməkdən başqa bir şey deyildi…
Sonda onu əlavə edək ki, dekabrın sonlarında, Yeni il qabağı mağazaların 70 faiz endimini gözləmək daha məqsədəuyğundur. Çünki bizim "Qara Cümə”miz məhz həmin gün olacaq.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Bakı mağazalarında "Qara Cümə" başladı (SİYAHI)
Məlum olduğu kimi, hər noyabr ayının son cümə günü dünyada "Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Bu ənənə Azərbaycana da yayılıb...