Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu
12
fev
2018
22:36
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.BAKU.WS-in məlumatına görə, Trend bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.BAKU.WS
Oxşar xəbərlər
Moskva-Bakı aviareysi yubanır
Bakıda 23:30-da enişi gözlənilən Moskva (Vnukovo)-Bakı (J2 810) aviareysini yerinə yetirən təyyarə yubanır. BAKU.WS bildirir ki, bu barədə Trend-ə Heydər Əliyev...