Moskvada qar yağacaq, Bakıda hava kəskin soyuyacaq

Moskvada qar yağacaq, Bakıda hava kəskin soyuyacaq
Sosial 1059

Aprelin ikinci həftəsində Moskvada hava şəraiti soyuq siklonun təsiri altında olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Meteonovosti" informasiya agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova bildirib.

Sinoptikin sözlərinə görə, iş həftəsi boyunca orta sutkalıq temperatur ya sıfırdan bir qədər aşağı, ya da ona yaxın olacaq.

O qeyd edib ki, gecələr zəif qar yağacağı ehtimal olunur, həftənin ikinci yarısında isə gündüzlər sulu qar və xırda yağış şəklində yüngül yağıntılar gözlənilir.

Pozdnyakova əlavə edib ki, aprelin 8-nə keçən gecə Moskvada 2–3 sm qar yağacağı ehtimal edilir. Paytaxtda temperatur –2…–4 dərəcəyə, bölgələrdə isə –6 dərəcəyə qədər enəcək.

Qeyd edək ki, Bakı sakinləri üçün isə bu xəbər maraqlı müqayisə imkanı yaradır. Paytaxtımızda son günlərdə nisbətən stabil və mülayim hava müşahidə olunsa da, apreldə gözlənilməz soyuqların baş verməsi istisna deyil.

"Msn weather" hava proqnozu saytının məlumatına əsasən, Bakıda da hava şəraiti kəskin pisləşəcək. Aprelin 10-dan etibarən paytaxtda yağış yağacaq. Havanın temperaturu gündüz 11-12 dərəcə təşkil edəcək. Bu da əvvəlki günlərə nisbətən 10-15 dərəcə aşağı deməkdir. Hava temperaturu əsasən aprelin 11-i və 12-də aşağı enəcək, yağış yağacaq.

Qeyd edək ki, aprelin 13-dən etibarən isə paytaxtda havanın temperaturu yenidən yüksəlməyə başlayacaq.

Son xəbərlər