Mir Şahin: "Bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam?!"
Fəaliyyətinə xitam verilən ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin Ağayev sosial şəbəkədəki fan səhifəsində sərt reaksiya verib.
Mirşahin Ağayev bildirib ki: "Dostları və düşmənləri! Dostlardan danışmayacağam, amma nə qədər qarğa-quzğun var imiş, ilahi! Heç demə bizim gözlərimizmiş onları göyərçin gözündə görən.
Yəni ANS-i qaralayan bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam?! Bitdi?! Ayy, ayy, ayy! Tələsmək lazım deyil. ANS elə dəyərdir ki, zaman keçdikcə müqəddəsləşəcək. Abu Lahab olmayın. Bəzən başa atılan çirkablar düşdüyü başı sonradan and yerinə çevirir. Başı batırmayın, çünki sonra bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!”.
BAKU.WS
Oxşar xəbərlər
Mirşahin Türkiyədə əməliyyat olundu: yavaş-yavaş sağalıram (VİDEO)
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub. Jurnalistin yaxınları musavat.com-a hazırda onun vəziyyətini...