Mir Şahin və Vahid Mustafayev xalq artisti ilə vida mərasimində (FOTO)
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev və ANS televiziyasının prezidenti Vahid Mustafayev xalq artisti Oqtay Zülfüqarovla vida mərasiminə qatılıblar.
BAKU.WS axşam.az-a istinadla onların yeni fotolarını təqdim edir.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb.
BAKU.WS
Oxşar xəbərlər
ANS-in işi ilə bağlı yeni xəbər
ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi iddia üzrə məhkəmənin vaxtı açıqlanıb. APA-nın xəbərinə görə, iş...