Vahid Mustafayev: "Hər gün maliyyə itkiləri ilə rastlaşırıq"

Vahid Mustafayev: Hər gün maliyyə itkiləri ilə rastlaşırıq
Hadisə 2295

 

"Hər kəs dünyaya gələndə rəhmətə gedəcəyini bilir. Ancaq heç kəs də inanmaq istəmir ki, sabah rəhmətə gedəcək. Buna görə də hər şeyə bu qədər mütləq inanmayın. Qanunların ədalətli şəkildə bərpa olunduğu ilə bağlı faktlarımız da çoxdur”.

Musavat.com xbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANS-in vitse-prezidenti Mirşahin Ağayev deyib. M.Ağayev beynəlxalq təşkilatların telekanalın bağlanmasına göstərdiyi reaksiyaya da münasibət bildirib.

Beynəlxalq təşkilatların ANS-in bağlanmasına reaksiya verməməsinə də münasibət bildirən Mirşahin Ağayev qeyd edib ki, adətən belə hallar qarşı tərəfin istəyi ilə baş tutur: "Ancaq biz dövlətimizə, inanırıq və gözləyirik. Dövlətimizin də tez bir zamanda bu məsələni araşdıracağına əminik. Öz dövlətimiz olan yerdə başqa beynəlxalq təşkilatlardan nəsə istəmirik və gözləmirik. 

Ancaq təbii ki, beynəlxalq təşkilatlar da maraqlanır. Onları da maraqlandıran suallar və onların da suallarını müxtəlif səviyyələrdə cavablandıranlar var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir”.

M.Ağayev qanunlarla ədalətin bərpa olunacağına inandıqlarını söyləyib: "Telekanalın açılmasına yönəlik qanuni yollar və imkanlardan istifadə edirik. Bütün addımlarımız qanun çərçivəsindədir. Biz Azərbaycanın müstəqilliyi ilə həmyaşıdıq. Narazı qaldığımız məhkəmə qərarları olarsa, digər lazımi addımları atacağıq. Razı olacağıqsa, hər kəslə birlikdə bayram edəcəyik”.

Vahid Mustafayev də məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verib. O, ANS bağlandıqdan sonra həm telekanalın, həm də işçilərinin maliyyə sıxıntıları yaşadığını deyirb: "ANS-in 1000-dən çox əməkdaşı var. Bu, böyük kollektivdir. Hansı ki, onlar tək Bakı şəhərində yox, Azərbaycanın digər rayonlarında, ölkədən kənarda da fəaliyyət göstərirlər. Həmin işçilər bu gün sosial ağırlıq və çətinlik keçirir. Yəqin ki, qərar qəbul edəcək strukturlar bu barədə də düşünəcəklər. Bu, real problemlərdən biridir. Biz təşkilat olaraq, hər gün maliyyə itkiləri ilə rastlaşırıq. Buna baxmayaraq, bizim gündəlik maliyyə xərclərimiz eyni qalıb”. 

Qeyd edək ki, V.Mustafayev məhkəmə zalında hakimə müraciətində qərar verərkən ANS-in bu günə qədər göstərdiyi xidmətlərin nəzərə alınmasını xahiş etmişdi: "Söhbət hansısa bir canidən, düşməndən getmir. Bu şirkət 25 ildir ki, fəaliyyət göstərir. 1000-dən çox işçisi var. Qərara verərkən bunu nəzərə almağınızı xahiş edirəm”.

BAKU.WS

Oxşar xəbərlər

Məhkəmədən ANS-ə pis xəbər (FOTO)

Məhkəmədən ANS-ə pis xəbər (FOTO)

Bu gün "ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb. Qafqazinfo-nun məlumatına görə, məhkəmə ic...

7859 Hadisə 13:59 10 avqust 2016

Son xəbərlər