Milyonlarla istifadəçinin məlumatını oğurladı - Tvitter hərəkətə keçdi
Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis İbrahim Baliç “Twitter” sosial şəbəkəsinin 17 milyon istifadəçisinin mobil telefon nömrəsini müəyyənləşdirib.
BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, aşkar edilmiş boşluq populyar sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarını təhlükə altına qoyub.
Mütəxəssisin sözlərinə görə, sözügedən boşluq “Android” üçün mobil tətbiqdə aşkar edilib. İstifadəçilərin nömrəsini əldə etmək üçün telefonlardan ibarət siyahı yaratmaq və müvafiq hesabların axtarışı üçün onları “Twitter”ə yükləmək lazım olub. Mütəxəssis proqram vasitəsilə on milyonlarla müxtəlif nömrələr yaradıb.
Bu, Baliçə Fransa, Almaniya, İsrail, Türkiyə, İran, Yunanıstan sakinlərinin nömrələrini və ona bağlı hesablarını öyrənməyə imkan verib. Mütəxəssis iki ay ərzində telefon nömrəsinin köməyi ilə İsrailin yüksək vəzifəli siyasətçisinin profilini tapıb. “Twiiter” yalnız 20 dekabrda onun fəaliyyətini bloklayıb.
Tvitter-in nümayəndəsi məlumat verib ki, şirkət sözügedən boşluğu aradan qaldırmaq üçün çalışır.
Oxşar xəbərlər
WhatsApp-da təhlükəli boşluq aşkarlandı
Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp-da yeni boşluq aşkarlanıb. BAKU.WS-in məlumatına görə, tətbiqin "WhatsApp web" versiyasında müəyyən edilmiş boş...