Millət vəkili 5-ci mərtəbədən düşən uşağı tutan qadına çiçək göndərdi

Millət vəkili 5-ci mərtəbədən düşən uşağı tutan qadına çiçək göndərdi
Sosial 2578

Millət vəkili Aydın Mirzəzadə ötən gün Sumqayıt çşəhərində beşinci mərtəbədən yıxılan uşağı tutaraq xilas edən xanım həkimə gül dəstəsi göndərib.

BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili öz Facebook səhifəsində məlumat yayıb. 

"Çiçək adlı həkim qadının beşinci mətəbənin balkonundan düşən azyaşlı uşağı tutaraq ölümdən xilas etməsi xəbəri bütün Azərbaycana yayıldı. Bu gün onun telefon nömrəsini taparaq zəng edib təşəkkür etdim, qəhrəmanlığının xalqımıza xas bir hərəkət olduğunu bildirdim. Sonra isə onun iş yerinə minnətdarlıq olaraq bir böyük qırmızı qızılgül buketi göndərdim”, - millət vəkili əlavə edib.

Qeyd edək ki, məlum hadisə avqustun 25-də günorta saatlarında Sumqayıtda baş verib. Şəhərin Təcili Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb. O, özünü itirmədən uşağı göydə tutmağa müvəffəq olub.

Qadın güclü zərbədən yerə yıxılsa da, nə o, nə də uşaq ciddi zədə almayıb. Həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Tibbi Yardım Stansiyasına çatdırıb. Bu barədə məlumat verən həkim Nazilə Gültacın sözlərinə görə, 4 yaşlı Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir.

BAKU.WS

ƏLİ

Oxşar xəbərlər

Son xəbərlər