Millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda keçirilən konsert proqramı başa çatıb.
BAKU.WS Oxu.Az xəbər-a istinadən verir ki, "Çempionlar şənliyi" ("Champions Fest") adlanan tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla izlənilib.
Konsert proqramında tanınmış müğənnilər çıxış ediblər, giriş pulsuz olub.
***20:55
Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda konsert keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Çempionlar şənliyi" ("Champions Fest") adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və "Azərbaycan" kinoteatrının yaxınlığında başlayıb.
Konsert proqramında tanınmış müğənnilər ifa edirlər, giriş pulsuzdur.
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalereya
Oxşar xəbərlər
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mü...