Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev söküləcək? - Dövlət xidmətindən AÇIQLAMA
30
okt
2025
23:36
Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin 33 yeni aşkar edilmiş abidələr siyahısındadır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən mənzil sökülməyəcək.
Qeyd edək ki, Murtuza Muxtarov, 23 ünvanında yerləşən, üzərinə Çingiz Mustafayevin barelyefi vurulmuş mənzilin yanında yerləşən tikilinin söküldüyü, sözügedən mənzilin isə təhlükəli vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Oxşar xəbərlər
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. BAKU.WS xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-müha...