Milli musiqimiz COP29 qonaqlarını valeh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milli mətbəxi və musiqisi ölkəmizə təşrif buyuran xarici qonaqların sözün əsl mənasında könlünü oxşayıb.
BAKU.WS xəbər verir ki, bunu əks etdirən görüntülərdən biri Azərbaycan Dəmir Yollarının (ADY) Koroğlu dayanacağında lentə alınıb.
COP29-la (BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası) bağlı ölkəmizdə olan turistlər bu dəfə dayanacaqda tarda ifa edilən mahnıya feyziyab olublar.
Onlar günün sonunda milli musiqimizi dinləyərək mədəni istirahət ediblər.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...