Milli Məclisdə Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib
Milli Məclisdə Azərbaycanın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda teatr sahəsində dava-dalaş səngimir:
"Görün, sənət cameəmiz nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu ölkəyə dəvət etmək lazımdır. Mən çox arzulayardım ki, müvafiq qurumlar onunla danışıb yenidən ölkəyə dəvət etsinlər".
Qeyd edək ki, C.Novruzov hazırda Adanada Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, Türkiyəyə getməzdən əvvəl Azərbaycanda bir sıra teatrlarda quruluşçu rejissor və baş rejissor vəzifələrində işləyib, eyni zamanda bir sıra televiziya tamaşaları və filmlərdə müxtəlif rolları canlandırıb.
Oxşar xəbərlər
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - ŞƏRTLƏR
Azərbaycanda əhalinin banklara istehlak krediti borcu 10 milyard manata yaxındır. Bir çoxları krediti həqiqi ehtiyac üçün götürdüyü halda, bəziləri çox da gərək...