Mikayıl Cabbarov: Ölkəmizdə dayanıqlı iqtisadiyyatın güclənməsində təhsilin müstəsna əhəmiyyəti var
05
okt
2025
10:33
Ölkəmizdə dayanıqlı iqtisadiyyatın güclənməsində təhsilin müstəsna əhəmiyyəti var.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"dəki hesabında yazıb.
"Əziz müəllimlər, Beynəlxalq Müəllimlər Günü münasibətilə hər birinizə təbriklərimizi çatdırırıq.
Ölkəmizin inkişaf prioritetlərindən olan yüksək rəqabətli insan kapitalının formalaşmasında və dayanıqlı iqtisadiyyatın güclənməsində təhsilin müstəsna əhəmiyyəti var.
Fədakar əməyiniz üçün təşəkkür edir, işlərinizdə uğurlar və davamlı müvəffəqiyyətlər arzu edirik", - o paylaşımda qeyd edib.
Oxşar xəbərlər
Nərimanov rayonu ərazisində yaşayanlar niyə çətin durumda qalıblar?
Bakının Nərimanov rayonunun Rəhim Şıxəliyev küçəsində sakinlərin narazılığına səbəb olan yol problemi hələ də həllini tapmayıb. Belə ki, təxminən bir il əvvəl ə...