Metrodan istifadə edənlər üçün YENİ XƏBƏR
Bakıda "Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirəcək yeni tunelin tikintisi davam edir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunaraq, əlavə 200 metrlik yeni tunel tikilərək "Nizami" stansiyasını birbaşa "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirəcək.
Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq. Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, işlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər edilib. Tikinti işlərinin aparılması zamanı xüsusi texnikalar 30 metr dərinliyə salınaraq icra olunur.
Metroda aparılan tikinti iləri ilə bağlı görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq"
Sumqayıt şəhəri, 15-ci məhəllə, 4 saylı yataqxanada yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə ildir şəraitsiz v...