Metrodan istifadə edənlərin nəzərinə: Bu gün iş rejimi dəyişir
03
noy
2016
11:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün "Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək.
BAKU.WS-in məlumatına görə, matç saat 22:00-da start götürəcək.
"Qəbələ" İdman Klubu qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə müraciət edib.
Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
“Qəbələ" - MTK oyununun biletləri artıq satışdadır
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb. BAKU.WS klubun rəsmi sayt...