Metroda qatarlar gecikdi, sərnişin sıxlığı yarandı - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Səhər saatlarından etibarən Bakı metrosunda qatarların hərəkətində problem yaşanıb.
BAKU.WS “oxu.az”a istnadən xəbər verir ki, problem səbəbindən qatarların intervalında gecikmələr müşahidə edilib.
Buna görə də stansiyalarda sərnişin sıxlığı yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, ehtiyat qatarların dalana verilməsi intervalın yaranmasına səbəb olub.
“Ehtiyat qatarlar metronun “Memar Əcəmi” və “Neftçilər” stansiyasında dalana verildiyi üçün onların hərəkətində interval yaranır. Bu əməliyyat əsasən səhər saatlarında baş verir”.
Oxşar xəbərlər
Metro işçilərindən metropoliten rəhbərliyinə sərt və sensasion ittihamlar
“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçil...