Meteohəssas insanların nəzərinə - 27 iyulda...
Yeniliklərdən dərhal xəbərdar olun
Kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəşin fəallığı artıb.
Bu barədə BAKU.WS-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısa müddətli geomaqnit qasırğaları baş verib. Hazırda Kp indeksi 2,33-ə bərabərdir və kosmik hava sakitdir.
Qeyd edilib ki, Günəş küləyinin sürətinin Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsi bu gün 4 Kp-yə (aktiv) kimi yüksələ bilər. 25 iyulda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə qeyri-stabil olacağı, 27 iyulda isə yenidən 4 Kp-yə kimi yüksələ biləcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
Hava ilə bağlı XƏBƏRDARLIQ - 18 iyuna qədər
Hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Co...