Hava ilə bağlı XƏBƏRDARLIQ - 18 iyuna qədər

Hava ilə bağlı XƏBƏRDARLIQ - 18 iyuna qədər
Sosial 4383

Hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xəbərə görə, Günəş küləyinin sürəti maksimum 681 km/san olub.

Gözlənilən müsbət qütblü CH HSS-ə (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. Hazırda da geomaqnit qasırğası davam edir.

18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin davam edəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.

Oxşar xəbərlər

İyunun 6 və 7-si ilə bağlı XƏBƏRDARLIQ

İyunun 6 və 7-si ilə bağlı XƏBƏRDARLIQ

Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur. Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xə...

7748 Sosial 15:14 05 iyun 2023

Son xəbərlər