Günəşin aktivliyi ilə bağlı vacib XƏBƏR! - Qeyri-stabil olacağı proqnozlaşdırılır
Hesabat dövrü ərzində Günəşin aktivliyi əvvəlki tempdə davam edərək, 3 C sinifli və 3 M sinifli alışma baş verib.
Bu barədə BAKU.WS-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, hazırda Günəşin səthində 7 ləkə qrupu və 109 ləkə var:
"Hesabat dövründə mayın 7-də və 9-da baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə hesabat dövrü ərzində geomaqnit sahəsi aktiv olub və həftə ərzində ardıcıl olaraq G1 səviyyəli qasırğalar qeydə alınıb. Hal-hazırda geomaqnit sahəsi sakitdir".
Bildirilib ki, Günəş küləyinin sürətinin normala dönəcəyi, 12 mayda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə 16 maydan başlayaraq yenidən sürətlənəcəyi proqnozlaşdırılır:
"Geomaqnit sahəsinin 16 maydan başlayaraq proqnoz dövrünün sonunadək qeyri-stabil olacağı proqnozlaşdırılır".
Oxşar xəbərlər
Kosmik hava durumu və proqnozu AÇIQLANDI - FOTO
Günəşin səthində ləkələrin sayı azalıb və hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Bu barədə BAKU.WS-ə Nəsrəddin Tusi adın Şamax...