Azərbaycanda növbəti həftə maqnit qasırğası proqnozlaşdırılır?
Günəşin səthində ləkələrin sayı azalıb. Hal-hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 57-dir.
Bu barədə BAKU.WS-ə Nəsrəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. 27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.
Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş verib. Hal-hazırda geomaqnit sahə sakitdir (2Kp).
Geomaqnit sahəsinin 3-5 və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır.
Oxşar xəbərlər
Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb
Hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqn...