Mətbuat Şurası Əziz Orucovla bağlı DİN-ə müraciət ünvanlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mətbuat Şurası "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun özünə qarşı təhdidin olmasına dair Facebook sosial şəbəkəsində paylaşdığı statusla əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.
Bu barədə BAKU.WS-ə Mətbuat Şurasından bildirilib.
Müraciətdə bildirilib ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs tərəfindən təhdid edildiyi barədə paylaşım edib. Jurnalist hadisənin Bakıda "Sahil" bağında ailəsi ilə birlikdə gəzintidə olarkən baş verdiyini açıqlayıb və yaşanmış olayın peşə fəaliyyəti ilə bağlılığını qabardıb.
Qeyd olunub ki, Əziz Orucovun paylaşımı kifayət qədər ictimailəşib, müxtəlif şəxslər tərəfindən yayılıb. Olayı “söz və ifadə azadlığı, jurnalistin peşə fəaliyyətinə maneçilik törətmək, plüralist fikri boğmaq cəhdi kontekstində qiymətləndirənlər var” kimi fikirlərin yer aldığı müraciətdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdan məsələni şəxsi diqqətində saxlaması xahiş edilib, eyni zamanda, insidentin dərindən öyrəniləcəyinə, ona hüquqi qiymətin verilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyinə inam ifadə olunub:
"Onu da arzu edərdik ki, jurnalistin peşə fəaliyyətinə görə təhdid edilməsi kimi motiv qazanaraq ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq niyyəti daşıyanlar üçün arqumentə çevrilmə ehtimalı yüksək olan bu məsələyə dair əsl həqiqətlər cəmiyyətə açıqlansın", - vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...