Məşhur aparıcı ARB TV-dən getdi
Aparıcı Kazım Sübhan ARB TV-dən gedir.
BAKU.WS xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə bildirib.
"Özəl" verilişinin aparıcısı qeyd edib ki, bundan sonra şəxsi inkişaf və yeni layihələr üzərində çalışacaq.
"Əziz izləyicilərim, dəyərli həmkarlarım! Bir müddətdir fəxrlə fəaliyyət göstərdiyim televiziya sahəsinə müvəqqəti fasilə vermək qərarına gəlmişəm. Bu qərar həm şəxsi inkişafım, həm də yeni layihələr üzərində düşünmək və dəyərləndirmələr aparmaq məqsədilə atılmış bir addımdır. Bu müddət ərzində mənə göstərilən dəstəyə, diqqətə və etimada görə hər birinizə təşəkkür edirəm. İnanıram ki, yenilənmiş ideyalar və enerji ilə yenidən görüşəcəyik. Hər zamaN olduğu kimi, sizin dəstəyinizi hiss etmək çox gözəldir".
Oxşar xəbərlər
Dəyişkən hava sağlamlığa necə təsir edir?
Son günlər müşahidə olunan dəyişkən hava şəraiti – gün ərzində həm yağışın yağması, həm də günəşli havanın olması bir çox insanın səhhətinə mənfi təsir göstərir...