Məşhur aparıcı yenidən efirə qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərov “Space TV”-da xəbərlər departamentində çalışacaq.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, tanınmış aparıcı və mətbuat katibini artıq “Space TV”-nin efirində xəbər aparıcısı kimi görəcəyik.
Bu yaxınlarda “Azvirt” MMC-də baş direktor müşaviri olan Ceyhun Səfərov məlumatı Oxu.Az-a təsdiq edib:
“Bəli, “Space” televiziyası yeni mövsümə çox yeni layihələrlə hazırlaşır. Mənə də iş təklifi gəldi və yaxın keçmişdə televiziyada çalışan biri kimi təklifi qəbul etdim. Bilirsiniz ki, bir müddət əvvəl özəl şirkətdə müşavir kimi işə başlamışam və bu iş televiziya fəaliyyətimə heç bir halda mane olmur. Düşünürəm ki, bir mənada da artıq peşəkarların televiziya məkanına geri dönməsinin vaxtıdır. Dəvət və göstərilən etimada görə “Space TV” rəhbərliyinə təşəkkür edirəm”
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...