Mərkəzi Nəbatat Bağı: "Dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur" - AÇIQLAMA

Mərkəzi Nəbatat Bağı: Dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur - AÇIQLAMA
Sosial 120

Mərkəzi Nəbatat Bağında istifadə edilən dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat bağı məlumat yayıb. 

"Bir sıra KİV-lərdə yayılmış xəbərlərlə bağlı bildirmək istərdik ki, bağ ərazisində cari işlər cərcivəsində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi olaraq dezinfeksiya işləri aparılmaqdadır. Lakin qeyd edək ki istifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur" -deyə məlumatda bildirilib. 

*** 16:52

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.

BAKU.WS iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.

Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında bir neçə gün əvvəl azyaşlını ilan sancması barədə məlumatlar yayılıb. Bağ isə orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğunun mümkün olduğunu açıqlayıb. Ziyarətçilərdən təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilib.

Bundan sonra isə iyulun 30-dan bağda sanitar-gigiyena tədbirləri çərçivəsində genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb. Bağın giriş hissəsi, uşaq meydançası və piknik zonasına xüsusi preparatlar tətbiq edilərək təmizlənib. Ümumi dezinfeksiya işləri sistemli şəkildə davam etdirilir.

Son xəbərlər