Mənsum İbrahimovdan şəhid qardaşı oğlu ilə bağlı paylaşım - FOTO
Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdama gedib.
BAKU.WS xəbər verir ki, o Ağdamda şəhid məzarlarını ziyarət edib.
Onlar arasında sənətçinin şəhid qardaşıoğlu İbrahimov İsrafilin də qəbri var.
Sənətçi ziyarəti barədə sosial şəbəkədə bildirib. O qardaşıoğlunun məzarı ilə foto çəkdirərək feysbuk hesabında yayımlayıb.
Xatırladaq ki, İbrahimov İsrafil Zülfiqar oğlu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. O II Qarabağ müharibəsi zamanı Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. İsrafil İbrahimov Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Şəhid qardaşıoğlundan danışan Mənsum İbrahimov: "Toyuna hazırlaşırdıq" - VİDEO
"Xəzər axşamı" proqramında təsirli anlar yaşanıb. BAKU.WS xəbər verir ki, efirdə Xalq artisti Mənsum İbrahimovun II Qarabağ müharibəsi şəhidi, qardaşıoğlu İsra...