Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb
Orta məktəblərdə tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, vətəndaşlar həmin məntəqələrdən, eləcə də Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.
Bildirilib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib.
Valideynlər keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər.
Qalereya
Oxşar xəbərlər
"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. BAKU.WS APA TV-yə istinadla xəbər verir ki, Aygün M...